DünyaİranSiyasət

İran ABŞ-la məhkumları mübadilə edə bilər

İran XİN-nin təmsilçisi Abbas Musəvi bəyan edib ki, rəsmi Tehran Vaşinqtona Birləşmiş Ştatların türmələrində həbs çəkən İran vətəndaşlarının siyahısını təqdim edəcək.

“Əgər ABŞ-da istəyi olsa biz bu insanların azadlığa buraxılacağına ümid edirik”, – deyə A.Musəvi əlavə edib.

Aznews.tv xəbər verir ki, Musəvi hal-hazırd ABŞ-da 20 nəfər iranlı məhkumun orada sankisyaları qanunsuz aşmaq ittihamı ilə yatdığını bildirib.

İran bu ittihamları əsas sayır və bununla bağlı ABŞ-a etirazını bildirib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button