
“ANT”xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, – deyə o qeyd edib.
İranlı diplomat əmin olduğunu bildirib ki, ABŞ prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər: “Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək lazımdır”.