İran

İran Amerikanı müharibə ilə hədələyib

İranın BMT-dəki nümayəndə heyəti ABŞ-ın İrana qarşı hər hansı hərbi əməliyyatının genişmiqyaslı qarşıdurmaya səbəb olacağı və bunun nəticələrinin bütün Yaxın Şərq regionuna təsir edəcəyi ilə hədələyib.

Bu barədə “Newsweek” qəzeti məlumat yayıb.

Amerika Mərkəzi Qüvvələrinin nümayəndəsi Con Mur “Newsweek”ə deyib ki, ABŞ Müdafiə Nazirliyi Pentaqonun İrandakı son hadisələrdə heç bir rolu yoxdur.

Qeyd edək ki, yanvarın 28-i yerli vaxtla gecə saat 23:30 radələrində İran Müdafiə Nazirliyinin İsfahanda yerləşən sursat istehsal edən hərbi zavoduna dron hücumu olub.

İran hakimiyyəti hərbi zavoda hücumla bağlı zidiyyətli məlumatlar yayıb, hücumun ciddi zərər vermədiyini iddia edib və bunun arxasında Amerika və İsrailin əlinin olduğu barədə fərziyyələr irəli sürüb.

Related Articles

Bir cavab yazın

Back to top button