İran

İranda 5 nəfər edam edilib

Yanvarın 31-də Təbriz həbsxanasında adam öldürməkdə ittiham olunan məhkum edam edilib.

Bununla yanaşı İranın Kirman şəhərinin həbsxanasında da 4 məhküm edam edilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlərin narkotik maddələrin alverində ittiham olunduqları bildirilir.

İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

Təşkilatın yanvarın 27-i axşam saatları açıqladığı son statistikaya görə, 2023-cü ilin ilk yanvar ayında İranda 55 məhkum dar ağacından asılaraq öldürülüb

Related Articles

Bir cavab yazın

Back to top button