Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

İran Amerikanın nüvə proqramı ilə bağlı son təkliflərini rədd edib

İran Amerikanın nüvə proqramı ilə bağlı son təkliflərini rədd edib.

İran tərəfi bildirir ki, Amerikanın təklifinə əsasən, İrana müvəqqəti olaraq uranı mülki səviyyədə (3,67%) zənginləşdirməyə icazə veriləcəkdi. Daha sonra isə regional zənginləşdirmə konsorsiumu yaradılacaq və İran nüvə infrastrukturunu tədricən sökməyə məcbur ediləcəkdi. İran bu təklifi “xəyalpərəst” və “bir tərəfli” adlandırıb.

Bundan başqa, İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayıb:

“İsrail rejimi tərəfindən İranın nüvə obyektlərinə ediləcək istənilən təcavüz halında, dərhal İsrailin gizli və bəyan edilməmiş nüvə obyektlərinə, eləcə də iqtisadi və hərbi infrastrukturuna zərbə endiriləcək.” – deyə bəyanatda bildirilib.

BAEA Baş Direktoru Rafael Qrossi isə bildirir ki, İran ona məlumat verib ki, İsrailin İranın nüvə obyektlərinə hər hansı bir zərbəsi İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsindən (NPT) çıxmasına və nüvə silahı hazırlamasına səbəb olacaq.

Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button