DünyaİranSiyasət

İran Avropaya ultimatum qoyur

Əgər Avropa ölkələri sentyabrın 5-dək zəruri addım atmasalar İran növbəti dəfə nüvə anlaşması ilə bağlı öz öhdəliklərini azaldacaq.

Aznews.tv xəbər verir ki, bunu Moskvada öz həmkarı Sergey Lavrovla görüşdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyd edib.

“Biz Rusiya və Çini nüvə anlaşmasını qorumağa kömək edən tərəfdaş hesab edirik. Bu ölkələr sərt mövqe sərgiləyərək anlaşmanın var olmasına böyük tövhə verir. Təəsüf ki, eyni yanaşmanı Avropa ölkələrindən görmürük. Onlar bu anlaşmanın öhdəliklərinin yerinə yetirilməsinə yönəlmiş addımlar atmadılar və ya atmaq istəmədilər”, – deyə o, əlavə edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button