İran

İran avtomobillərinin 35%-i yararsız vəziyyətdədir

İranda olan avtomobillərin 35%-i köhnə və istifadəyə yararsız olduğu üçün hava çirkliliyinin artmasına səbəb olur.

Bu barədə İran Yol Polisinin rəisi Seyid Kamal Hadiyanfər deyib. O, dünyada avtomobillərin yararlılıq müddətinin 7 il olduğunu, lakin İranda heç bir məhdudiyyət olmadığını bildirib.

Bir müddət öncə İran Ətraf Mühit Təşkilatının Milli Hava və İqlim Dəyişikliyi Mərkəzinin rəhbəri Daryuş Güləlizadə ölkədə hava çirkliliyinin əsas amillərindən birinin köhnə avtomobil və motosikletlər olduğunu deyib.

Qeyd edək ki, son bir ildə İranın paytaxtı Tehran hava çirkliliyi səviyyəsinə görə bir neçə dəfə “dünyanın ən çirkli şəhəri” seçilib.

Related Articles

Bir cavab yazın

Back to top button