Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İran Azərbaycan səfirliyinə terror hücumu edən şəxslə bağlı qərarı dəyişib

 İran Ali Məhkəməsi 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı bundan əvvəlki məhkəmənin edam hökmünü təsdiqləyib.

Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangiri deyib.

Onun sözlərinə görə, məhkəmə Yasin Hüseynzadə ilə bağlı edam qərarını icra şöbəsinə artıq təqdim edib.

İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin (Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin qətlə yetirilən rəisi Orxan Əsgərovun ailəsi nəzərdə tutulur – red.) müraciəti əsasında icra oluna bilər. Zərərçəkənin ailəsi qatili əfv edərsə, hökm icra olunmayacaq.

Related Articles

Bir cavab yazın

Back to top button