İran

Marağalı sənətçi Behzad Siyah vəfat edib

Marağalı sinema və teatr hünərməndi Behzad Siyah fərvərdin 8-də vəfat edib. O, bir neçə gün öncə Marağanın Əmir Əl Möminin adına Mərizxanasına yerləşdirilib. Doktorların çalışmalarına baxmayaraq, hünərməndin həyatını xilas etmək mümkün olmayıb. 1350-ci ildə anadan olan Behzad Siyah teatr sahəsində 35 ildən çox fəaliyyət göstərib. Müxtəlif hünəri toplantı və festivallarda iştirak edib, önəmli adlar qazanıb. Şərqi Azərbaycanın Fərhəng və İslami İrşad Baş İdarəsinin Ümumi İlgilər Şöbəsinin məlumatına görə, Behzad Siyah Tamaşanı Dəyərləndirmə Şurasının üzvü, Tamaşa Hünərləri Əncümənin rəisi olub.

Related Articles

Bir cavab yazın

Back to top button