İran

İran Azərbaycanda yeni qanunsuz təşkilat yaratmaq istəyir

İranın molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, intriqa və təxribatlar hazırlamaqda davam edir

Molla rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa qərar verib. Molla rejiminə xidmət edən və SEPAH-ın nəzarətində olan bəzi Telegram kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir.

Onlar “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın yeni mərkəzinin açılışına hazırlaşırlar.

“Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı” İran rejimini təbliğ edən və MR-də teokratik idarəetmə formasının qurulmasını müdafiə edən dini şiə təşkilatıdır.

Related Articles

Bir cavab yazın

Back to top button