Bölgəİqtisadiyyatİran

İran barter əsnasında Ermənistana təbii qaz satmağa hazırdır

İranın energetika naziri Reza Ardakanian 16-cı İran və Ermənistannın ticari-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyasının 16-cı iclası çərçivəsində Ermənistana ixrac edilən İran qazının həcminin olduqca çoxaldıla biləcəyini qeyd edib.

Aznews.tv-nin verdiyi məlumata əsasən, hal-hazırda İranın erməni məhsulları müqabilində Ermənistana qaz ixrac etməsi barəsində çoxtərəfli danışıqlar aparılır.

Nazirin sözlərinə görə, məhsullardan əlavə, Ermənistan təbii qaza görə İrana elektrik enerjisi də verə bilər.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda Ermənistan və İran arasında üçüncü elektrik xətti işə salınıb və elektrik enerji ilə təmin olunmanın səviyyəsi 350 MVt-a çatıb.

2020-ci ildə bu göstəricinin 1000 MVt-dək çoxaldılması nəzərdə tutulub.

İki ölkə arasında iqtisadi əməkdaşlığın zəruriliyini vurğulayan nazir iki ölkənin də “Şimal-Cənub” dəhlizinə qatılmağının, həmçinin avtomobil və qatar nəqliyyatı, o cümlədən səhiyyə sahələrində əlaqələrin inkişaf etdirilməsini vacibliyini qeyd edib.

Ardakanian qeyd edib ki, İran və Ermənistan ikitərəfli münasibətlərin inkişafı istiqamətində böyük potensiala malikdir.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button