İran

İran Bayden dönəmində yüz dəfələrlə ABŞ qüvvələrinə hücum edib

Co Bayden ABŞ prezidenti seçiləndən bu günə kimi İran ABŞ qüvvələrinə min dəfədən çox hücum edib.

Bu barədə ABŞ Konqresinin yeni hesabatında qeyd olunub.

“Vaşinqton Freebeacon” saytında dərc olunan hesabatda bildirilir ki, ABŞ qüvvələri 2021-ci ildə 750, 2022-ci ildə isə 600 dəfə İran və ona bağlı qüvvələrn hücumuna məruz qalıb.

Hesabatı Nyu-Yorkdan olan Respublikaçı deputat Kladiya Tenni ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo və ABŞ-ın digər keçmiş yüksək vəzifəli məmurlarının köməyi hazırlayıb.

Onlar hesabatın hazırlanmasından məqsədlərinin ABŞ-ın müttəfiqlərinə İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmaqda kömək etmək olduğunu bildiriblər.

Hesabatda SEPAH-ın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstəyi və İranda etirazçılara qarşı repressiyalardakı rolu da qeyd olunub.

“SEPAH təkcə İran xalqı və ya Yaxın Şərq xalqları üçün deyil, həm də beynılxalq sülh və sabitliyə təhlükədir”,- hesabatda deyilir.

Kladiya Tenni bu hesabatla yanaşı, Konqresə Avropa Birliyindən SEPAH-i tezliklə terror təşkilatları siyahısına salmağı tələb edən qətnamə təqdim edib.

Related Articles

Bir cavab yazın

Back to top button