Azərbaycan

“İRAN bölgədə bir dövlət kimi etibarını itirməkdədir”

Dr.Səftər Rəhimli, Qafqaz Beynəlxalq Hüquq İnstitutunun rəhbəri İranla-Azərbaycan cümhuriyyətin son yaşadığı gərgin durumu haqqında sosial şəbəkədə öz hesabında maraqlı detallara toxunub. Bu mətni sizə təqdim edirik:

Azərbaycan və İran Xarici İşlər vəzirlərinin telefon danışıqları və Azərbaycan XİV rəhbəri Ceyhun Bayramov tərəfindən ciddi mesajların verilməsi normal dövlətlər üçün gərəkli addımlardır ki, Azərbaycan tərəfi üzərinə düşəni protokol qaydalarına uyğun etdi.
Lakin İran XİV Əmir Abdullahian başda olmaqla İran rəsmlərinin bu zaman ərzində neqativ davranışlarının heç bir dövlət tərbiyyəsinə sığmadığını hər birimiz gördük. İranın dövlət televizyaları, qəzetləri, saytları, İran rəsmlərinin sosial şəbəkə səhifələri tərəfindən edilən tərbiyədən uzaq davranışlar, xalqımıza, Azərbaycanın dövlət rəsmlərinə qarşı təhqiredici, alçaldılcı hərəkətlər və Azərbaycan dövlətini küçümsəmə taktikləri ortadadır.
Bütün dünya İran “molla” rejiminin və fars şovinizminin Azərbaycana qarşı nifrət dolu baxışlarını aydın bir şəkildə gördü. Bu gün İran hər şeydən öncə etməsi gərəkən tək şey – üzür diləmək borcunun olduğunu bilməli və yalnız ondan sonra yenidən iki tərəfli münasibətlərin tənzimləməsi üçün masaya oturmaq haqqının olduğunu dərk etməlidir. Bu bir həqiqətdir ki, İran bölgədə və dünyada ciddiliyini, etibarlı dövlət simasını itirmiəkdədir. Artıq onun verdiyi sözə və ya dövlətlərarası strateji əməkdaşlığına kimsə etibar etməməkdədir.
Kimlərsə düşünürsə ki, İranla münasibətlər bərpa edildikdən sonra İran tərəfi özünü iki qonşu dövlətin aparması gərəkən dövlətlərarası münasibətlərə sadiq qalacaq, çox yanılır.
İranın əsas məqsədi Azərbaycanlılar yaşayan bütün bölgələrdə, o cümlədən, Güney Azərbaycanda, Azərbaycan cümhuriyyətində, Türkiyənin Azərbaycan türklərinin sıx yaşadığı bölgələrində Iğdır, Qars, Ərzurum, Rusiyanın Dərbənd, Gürcüstanın Borçalı, İraqın Kərkük, Mosul, Bağdad, Süleymaniyyə hətta Suriya, Ordon, Lübnan, Əfqanıstanda “şiəçilik” adı altında fars şovinizmini təbliğ etmək dövlət siyasəti halına gəlibdir.
Bir qrup İrandan “şiə təəssübkeşi” kimi görünən adamların ortaya gəlməsi və İran-Azərbaycan münasibətlərini yaxılaşdırmaq yönündə apardığı “fəaliyyətlər” çox gülünc görünür. Zatən həm Azərbaycan dövlətinə, həm də, Azərbaycan xalqına bir daha bəlli oldu ki, sizlər İranın propaqandası əsasında “şiəçilik” adı altında manqurtlaşdırılmış və bizim üçün deşifrə olunmuş ziyanlı ünsürlərsiniz.
Bu gün Azərbaycan xalqı, dövlətinin mənafeyini qormaqla milli birliyini göstərməkdədır. 44 günlük Vətən Müharibəsi zamanı xalqın dövlətlə birliyinin verdiyi nəticə bölgədə və uluslararası aləmdə hər kəsə təqdim olundu. Tarix göstərir ki, yaranmış krizdən sonra dövlətlərarası münasibətlərin tənzimləmə prosesində dövlətin apardığı siyasətə xalqın birmənalı dəstəyi, siyasətin daha təsirli və yüksək nəticə verəcəyini şərtləndirən önəmli faktorlardan biridir.
Son olaraq “xoşməramlı missiyaçılar” boş yerə papağınızı günə yandırmayın, sizin İran mövzusunda nə mal olduğunuzu xalqımız da yaxşı bilir, dövlət yetkililərimiz də.
Unutmayın, Azərbaycan iki hissəyə bölündüyündən bu günə qədər, Azərbaycan milləti birləşmək arzusu ilə yaşayır.!

Related Articles

Bir cavab yazın

Back to top button