İran

İranda bəhailərə qarşı basqılar güclənib

1000 bəhai vətəndaş məhkəmə qərarını gözləyir.

Beynəlxalq Bəhai İcması martın 23-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasına müraciər edərək, hazırda İranda 1000-dən çox bəhainin mühakimə olunduğu,  məhkəmənin qərarını gözlədikləri deyilir.

İrandakı bəhailərə ikiqat basqı uyğulandığını deyən bəhai icmasının BMT-dəki  sözçüsü Simin Fəhəndej, bəhailərin İran hökuməti tərəfindən sistemli təqib edilmələrindən ciddi narahatlığını bildirib.

Beynəlxalq Bəhai İcması bildirir ki, bəzi hallarda bəhai vətəndaşlar ilkin həbsdən tutmuş məhkəmə və hökm oxunmasına qədər illər boyu qeyri-müəyyənlik şəraitində saxlanılırlar.

İcmanın dikrincə, ağır girov qoyulması və şərti cəzaların verilməsi onlara psixoloji təzyiq göstərir, onların əmlakları müsadirə olunur və çətin duruma salınırlar.

Bundan öncə Beynəlxalq Bəhai İcması fevralın 16-da bəyanat yayaraq “İmam Xomeyni İcra Qərargahının təşkili və rəhbərliyi ilə İran bəhailərinin əmlakının müsadirə edilməsi tendensiyası ilə bağlı yaydığı bəyanatda bəhailərə qarşı artan basqıları pisləyib və durumdan ciddi narahatlığını ifadə edib.

Bəyanatın ardında Bəhailərin Beynəlxalq İcmasının Cenevrədəki nümayəndəsi Dian Əlainin açıqlamalarına yer verilib.

“İranda bəhailərin əmlakının müsadirə edilməsinin sürətləndirilməsi bəhai vətəndaşların təqibində yeni və çox narahatedici mərhələdir. Bu, basqı və təqiblər islam hökumətinin qurulmasından bu günə, dörd onillikdə müxtəlif formalarda davam edir”-deyə, xanım Əlai bildirib.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Açıklama yok.

Related Articles

Bir cavab yazın

Back to top button