Azərbaycanİran

Ərdəbildən olan keçmiş siyasi məhbus Vahid Qədirzadə yenidən həbs olunub

Dünən 10 nəfərə yaxın “təhlükəsizlik qüvvələri” Vahid Qədirzadənin atasının evinə basqın edərək, bu keçmiş siyasi məhbusu həbs edib, naməlum yerə aparıblar.

 Onun saxlanma səbəbi məlum deyil.

Vahid Qədirzadə bundan əvvəl 2018-ci ildə Ərdəbildə metroda gül-çiçək səpdiyinə, insanlarla söhbət etdiyinə görə “təhlükəsizlik qüvvələri” tərəfindən həbs edilərək Evin həbsxanasına aparılmışdı. O, “qruplarla birləşmək və əlbir olmaq” ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Apellyasiya məhkəməsinə müraciət edildikdən sonra bu cəza 1 il 6 aya endirilmişdi.

Qədirzadə bir ilə yaxın həbs cəzasını çəkdikdən sonra Evin həbsxanasından şərti olaraq azad edilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button