İran

İran Çinlə və Rusiya ilə birgə hərbi təlim keçirməsinin məqsədini açıqlayıb

“İran uzun zamandır ki, Fars Körfəzində təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığa hazır olduğunu bildirir. İranın qonşu ərəb ölkələrinə təklif etdiyi Hörmüz sülh planı hələ də müzakirə masası üzərinədir. İndi bizim Çin və Rusiya ilə Oman dənizində və Hind okeanında həyata keçirdiyimiz hərbi təlimlər bunu göztərir ki, İran strateji və həyatı su koridorlarının təhlükəsizliyinin təmin edilməsinə sadiqdir.”

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi twitter səhifəsində yazıb.

İran XİN rəhbəri ötən gün axşam ölkəsinin Çin və Rusiya ilə birgə hərbi təlimlərə başlamasına münasibət bildirib və bundan məqsədin strateji və həyati su koridorlarının təhlükəsizliyinin təmin edilməsi olduğunu bildirib.

Qeyd edək ki, İran, Çin və Rusiyanın birgə hərbi təlimləri ötən gündən başlayıb və 4 gün çəkəcək.

Related Articles

Bir cavab yazın

Back to top button