İran

Ərdəbildə iki tarixi tikili milli əsərlər siyahisina salinib

Ərdəbil şəhərində yerləşən Müstəfəvi və Ərbabi tarixi evləri milli əsərlər listinə salınıb. Məsələ ilə bağlı Ərdəbil Əyaləti Fərhəngi Miras Baş İdarəsinin müdiri Nadir Fəllahi açıqlama verib. O, müvafiq qərarın Daşınmaz Əsərlərin Səbt olunması Şurasının toplantısında verildiyini deyib. Fəllahi şəhərin Üç Dükan məhəlləsində yerləşən Ərbabi evinin divar bəzəyinin daşdan, gövdəsinin isə kərpicdən olduğunu bildirib.

Qacarlar dövrünə aid tikili yaşayış üçün nəzərdə tutulub. İkinci Pəhləvi dönəmində mədrəsə kimi istifadə edilməsi qərara alınıb və Təhsil İdarəsinə verilib. Hazırda isə Fərhəngi Miras İdarəsinin nəzarətindədir. Ərdəbilin tarixi tikililərindən olan Müstəfəvi evi isə İmam dördyolunun Çavuş küçəsində yerləşir. Bu tikili özündə Qacarlar dönəminin memarlıq üslubunu əks etdirir. Xatırladaq ki, Ərdəbil şəhərində Sadiqi, Manafzadə, Vəkil-ül-Rüəya evi kimi bir sıra tarixi tikililər var.

Related Articles

Bir cavab yazın

Back to top button