İran

İraqın İrandan qaz idxalı azalıb

İrandan qaz varidatının azalması ilə İraq şəhərləri elektrik çatışmazlığı ilə üzləşib. Bu barədə İraqın Elektrik Vəzirliyindən məlumat verilib. Vəzirliyin sözçüsü Əhməd Musa bildirib ki, İran son iki həftədə İraqa sadir etdiyi 50 milyon metr mükəəb qaz sadiratını 5 milyon metr mükəəbə azaldıb. Bu həcmin 3 milyon metr mükəəbə çatacağı vurğulanıb. Əhməd Musanın sözlərinə görə, qaz çatışmazlığı İraqın bərq toolidini təqribən 6 550 meqavat azaldıb. Bildirək ki, İraqda qış fəslində gündəlik elektrik istifadəsinin həcmi təqribən 19 min meqavatdır. Əhməd Musanın verdiyi məlumata əsasən, sözügedən məsələ ilə bağlı İranın Enerji vəziri Riza Ərdəkanianın Bağdada səfəri planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button