Sosial şəbəkələrdə Fazil Mustafaya qarşı edilən sui-qəsddi İran tərəfindən təxribat kimi qiymətləndirilir.
İddialara görə bununla da SEPAH Azərbaycanda müxtəlif təxribatılar törətməyə, sui-qəsdlərə start verib.
Onu da qeyd edək ki, hadisə baş verdikdən dərhal sonra İranda molla rejiminin “İRNA” xəbər agentliyi məqalələrində Fazil Mustafanı şiələrin qatı düşməni kimi qələmə verib.
Hadisə ilə bağlı Ednews-a danışan Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair Sayman Aruz bildirib ki, öncədən hazırlanmış plan əsasında, həm də ağır silahla hücum etmək terrordan başqa bir qiymət ala bilməz.
“Orta Şərqdə, hətta dünyada terror adı gələndə birinci zehnimizdə, yaddaşımızda canlanan İran olur. Bu da təsadüfi deyil. Hər kəs bilir ki, Tehranda yerləşən Azərbaycan səfirliyinə hücum da öncədən hazırlanmış plan əsasında baş verib. Ondan sonrakı hücumların da eyni əsasda, eyni formada hazırlanırdı. İki gün öncə də Dövlət Təhlükəsizlik Xidməti də bir qrup terrorçunu zərərsizləşdirdi, həbs etdi. Onlar da “kalaşnikov” tipli silahla tanınmış ictimai şəxslərə qarşı terror planı həyata keçirmək istəyirdilər. Hər halda İran terror ölkəsidir. Bunu hər kəs bilir. İstər silahla, istərsə də şəxsiyyəti təxrib etməklə. Azərbaycanda təhlükəsizliyi pozmaq, qorxu yaratmaq istəyirlər. Xalqımız dövlətlə daha da möhkəmlənməli, birləşməlidir. Birliyimiz, həmrəyliyimiz bütün təxribatların və terrorların qarşısını ala bilər. Ona görə də bir xalq olaraq bu hadisələrdən bir nəticə çıxarmalıyıq”.
İranlı araşdırmaçı jurnalist Elyar Kamrani açıqlamasında hadisənin arxa fonunda İranın dayandığını deyib.
“Azərbaycan günü-gündən gücünü artıran, inkişaf edən ölkəyə çevrilir. İran isə bunu edə bilmir. Qonşu ölkələrdə terror aktı olursa İranın orda hər zaman əli mövcud olur. İran son zamanlar Azərbaycanı media vasitəsilə təhqir və təhdid edirdi. Yaratdığı terror şəbəkələri ilə əməliyyat keçirməsinə söz vermişdi. Bu əməliyyatın keçirməsini də müxtəlif yerlərdə göstərib. DTX-ın 104 ili qeyd olundu, ondan öncə də Azərbaycan Daxili İşlər Nazirliyi iranlı terrorçuları həbs etdi. Ondan sonra da Azərbaycanın İsraildə səfirliyinin açılması heç də təsadüfi deyil. Fazil Mustafanın İranı tənqid etməsi qarşı tərəfi qəzəbləndirib. Şübhəsiz bu hadisənin arxasında İran dayanır. Buna heç bir şübhəm yoxdur. Tarix boyu İran bu cür sui-qəsdlərə əl atıb. İran planlı şəkildə terrorları həyata keçirir. Fazil müəllimin hadisəsi ciddi həyəcan siqanlı olmalıdır”.
Oğuz