İran filiz xammalının ixracına 25% rüsum tətbiq edəcək.
Aznews.tv xəbər verir ki, bunu İranın sənayə nazirinin müavini Cəfər Sarkini deyib.
Onun sözlərinə əsasən, tariflər ölkənin metalurji müəsisələrinin istehsallarına, o cümlədən dəmir filizinə və konsentratlara şamil ediləcək.
Rüsum cari ilin senytabrın 23-dən tətbiq ediləcək.
Qeyd etmək lazımdır ki, ötən aylarda aparılan hesabatların nəticəsinə əsasən, emal edilməmiş məhsulların ixracının artması səbəbindən ölkədəki bütün poladəritmə müəsissələri xammal çatışmazlığı yaşayır.
Aznews.tv