İran

İran Fransanın nüvə anlaşması ilə bağlı təklifini rədd edib

İran Fransa Prezidenti Emmanuel Makronun atom razılaşması məsələsində vasitəçilik təklifini qəbul etməyib. Bu barədə İranın Xarici İşlər Vəzirliyindən bilgi verilib. Bildirilib ki, vəzirliyin sözçüsü Səid Xətibzadə anlaşmanın davam etdirilməsində vasitəçiliyə ehtiyac olmadığını deyərək, ölkə başçısının təklifini rədd edib.
Səid Xətibzadə vurğulayıb ki, Avropa ilə bağlı ilk addım avropalıların öz öhdəliklərinə qayıtmasıdır. Çünki anlaşmanı pozan tərəflərdən biri də Avropa ölkələridir.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron fevriyyənin 4-də bildirib ki, o, Tehran və Vaşinqton arasında danışıqları başa çatdırmaq üçün əlindən gələni etmək fikrindədir. Fransa lideri Ərəbistan və başqa ölkələrin də İranla atom danışıqlarına artırılmalı olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button