İran

İran və Şimali koreya raketlərin hazırlanması barədə əməkdaşlıq edir

İran və Quzey Korə keçən ildən uzaqhədəfli raketlərin hazırlanması üçün əməkdaşlığa başlayıblar. Bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatı Mütəxəssislər timinin Quzey Korəyə Təhrimlərlə bağlı hazırlanmış gizli raporunda yer alıb. Bilgilərə görə, İranın Hacı Əli Müvəhhid adına Təhqiqat Mərkəzi mahvarə-daşıyıcı raket hazırlamaq üçün Quzey Korə mütəxəssislərinin köməkliyindən yararlanıb. Ancaq göndərilmiş məhmulələrdə nələrin olduğu və iki ölkənin hansı səviyyədə həmkarlıq etdiyi bəlli deyil. Raporda İran məqamlarının Birləşmiş Millətlər Təşkilatı Mütəxəssislər timinin topladığı bilgilərə münasibəti də yer alıb. Belə ki, ölkə rəsmiləri timin araşdırmalarının yanlış bilgilərə əsaslandığını iddia ediblər. Tim Quzey Korənin yeni qarrələrarası ballistik raketinin atom silahı başlıqlarını daşıya biləcəyi ehtimalını da diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button