İran

İran gərginlikdən istifadə edərək hicab qaydalarını sərtləşdirir

İranda qadınlar məcburi hicab taxmaqdan imtina etdiklərinə görə daha sərt repressiyalarla üzləşirlər.

SEPAH-nin İsrailə qarşı raket və pilotsuz təyyarə əməliyyatları İran rejiminin ölkə daxilindəki amansız siyasətini kölgədə qoyur. Belə ki, iran rejimi “ictimai tələb”in bu yöndə olduğunu iddia edərək qadınlara qarşı yeni və daha sərt hicab qaydaları tətbiq etməyə başlayıb.

Əxlaq polisinin sayı 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra nisbətən azalsa da, Tehranın mərkəzi rayonları ətrafında polis patrulları və əxlaq polisləri daha da gücləndirilmiş iş rejimində küçələrə yenidən qayıdırlar.
Polisin əvvəlki xəbərdarlığına məhəl qoymayan insanlara bu gündən şəhərdə xüsusi xəbərdarlıq ediləcək və onlara qarşı qanuni tədbirlər görüləcək.

Bəzi şəxslərin avtomobilləri qadınları hicabsız daşıdıqlarına görə müsadirə edilib və onlar cəzalandırılıblar. İran rejimi hicab qaydalarına riayət etməyən kafe və restoranları bağlamağa davam edir.

#İran #hicab

Related Articles

Bir cavab yazın

Back to top button