İran

İran generalı ABŞ-ı, Britaniyanı və İsraili təhdid etdi: Sizi məhv edəcəyik

İranın İnqilab Keşikçiləri Qvardiyasının başçısı bazar ertəsi yanacaq qiymətinin artması ilə əlaqədar zorakı nümayişləri qınayan insanların qatıldığı hökumətyönlü nümayişdə çıxış edərək, Birləşmiş Ştatları və onun müttəfiqlərini təhdid edib.

İranın digər rəsmiləri ilə eyni fikirdə olan general Hüseyin Salami ölkədə baş qaldıran iğtişaşlara görə ABŞ-ı, Britaniyanı, İsraili və Səudiyyə Ərəbistanını günahlandırıb. O, benzin qiymətinin artmasının ölkəyə hücum üçün “sadəcə bəhanə” olduğunu deyib.

“Qırmızı xəttimizi keçsəniz, sizi məhv edəcəyik. Bizə qarşı atılan heç bir addımı cavabsız qoymayacağıq” – deyə, general bildirib. O deyib ki, İran cavab vermək qərarına gəlsə, düşmən təhlükəsiz yer tapmayacağı və İranın səbrinin bir həddi olduğunu deyib.

Amnesty International təşkilatının bildirdiyinə görə, İranda etirazlar başlayandan bəri 100-dən çox insan ölüb. İran nümayişlərin miqyasının və ölənlərin sayının müəyyən edilməməsi üçün artıq bir neçə gündür interneti bağlayıb.

Dövlət televiziyası ilə nümayiş etdirilən “Tehran xalqının iğtişaşlara qarşı qalxması” adlı hökumətə dəstək mitinqinə toplaşanların əllərində Birləşmiş Ştatlar əleyhinə süarlarla plakatlar olub.

Mitinqdə prezident Həsən Ruhani administrasiyasının yanacaq qiyməti artımının həyata keçirilmə yolu da tənqiq edilib. Nümayişçilər iğtişaşçıların cəzalandırılmasına və sosial media platformalarına çıxışın məhdudulaşdırılmasına çağırıb.

(amerikaninsesi)

Related Articles

Bir cavab yazın

Back to top button