Araşdırma & Təhlilİran

İran Güney Azərbaycanın dinc hərəkətini hədəfə alıb

İranda ölkə cəmiyətinin böyük çoxunluğu sistematik ayrı-seçkilik və zülmə məruz qalır. Ancaq bunların içində Fars Olmayan millətlər daha çox zülmə və basqıya məruz qalırlar. Uzun illərdən bəri Fars Olmayan millətlər İran içində haqlarını almaq üçün mübarizə aparırlar. Ancaq mərkəziyyətçi sistem, hər zaman bu məsələyə düşməncə yanaşıb. Bu durum illərdən bəri dəvam edib. Belə vəziyyətdə qeyri-farslar müşküldən çıxmaq üçün başqa yolları sınadılar. Millətlərin bəzisi hakimiyyətin şiddət və basqısına qarşılıq verməyə başladı, silahlı mübarizəyə başlayanlar belə oldu. Tehran hakimiyyəti hər zaman millətlərin azınlığında olan bu hərəkətləri bəhanə edib çoxunluğu əzməyə çalışdı. Keçən illərdə də hər zaman belə olub. Yəni hakimiyyət millətə basqıları artırmaq üçün fərqli bəhanələr ürətməyə başlayır. Hər bir yalanın ardından yeni basqıların başlayacağından xəbər verir. Bu arada Fars olmayan millətlərin içində ən çox nüfusa sahib Türklər də hər zaman hakimiyyətin diqqətində olub. Tehran hakimiyyəti İran Türkləri və özəlliklə də Güney Azərbaycan məsələsinə hər zaman həssasiyyətlə yanaşıb. İran bu günə qədər daha çox nifaq toxumu əkməklə Güney Azərbaycanın Milli Hərəkətini kontrol etməyə və yolundan çıxarmağa çalışıb. Zaman-zaman istədiyində başarılar əldə etsə də, Güney Azərbaycan Tehran hakimiyyətinin kabusu olduğuna görə deyə bilərik ki, qazanan Azərbaycan millətidir. Əlbəttə ki İran hakimiyyəti boş durmur və hər zaman yeni projələr ürətməyə çalışır.
Fars Milliyyətçiliyinin kimliyi mahiyyətində olan Ərəb və Türk düşmənliyi İslam Cumhuriyyətinin istiratejisini də bəlli edib. Son illərdə ələhvaz ərəblərinə qarşı inanılmaz dərəcə basqının artdığına şahid olmuşuq. Habelə Azərbaycan Türklərinin Ərəblərlə Fars Faşizminə qarşı apardıqları ortaq mübarizənin də nə qədər təsirli olduğunu görmək olar. Elə buna görə də hakimiyyətin basqıları bu mənada çoxalıb. Keçdiyimiz aylarda Ələhvaz liderlərindən olan Həbib Kəəb Əsivəd oğurlanıb İrana qaçırıldı. Gözlənildiyi kimi İranda güvənlik güclərinin basqılarıyla Həbib Kəəb Əsivəddən zorakı etiraflar alınıb neçə səfər televizyonda yayınlandı. Bu etirafların bir bölümü də keçdiyimiz günlərdə İranın dövlət mediasında yer aldı və orada maraqlı iddialar ortaya qoyuldu. İran televizyonu Həbib Kəəb Əsivədin zorla alınmış etiraflarına dayanaraq onun Türkiyədə ANT televiziyonun başqanı Saleh Kamrani ilə görüşəcəyini iddia etdi. Həmin xəbərdə bölücü və radikal olaraq təqdim edilən Saleh Kamraninin İrana qarşı planlar çizdiyi iləri sürülüb. Ancaq Saleh Kamraninin uzun illərdən bəri İnsan Haqları çalışmaları qapsamında Ərəb Fəalların vəkilliyindən, Azərbaycan millətinin səadəti uğrunda etdiyi mübarizələrə qədər, şiddətin heç bir türlüsünün olmadığı aydın məsələdir. Ancaq anlaşılan İran bu iftiralarla çalışır, Azərbaycan fəalları və başda ANT televizyonuna basqılarını artırsın.
Azərbaycan milləti israrla uzun illərdən bəri dinc mübarizəsinə sadiq qalan bəlkədə tək millətdir. Elə ona görə də, Tehran hakimiyyətinin Güney Azərbaycanı radikalizmə doğru sürükləməyə çalışması yeni basqıların gələcəyindən xəbər verir. İran hakimiyyəti bu dəfə də çalışır Saleh Kamrani kimi İnsan Haqları Müdafiəçisi və idarə etdiyi ANT televizyonu üzərindən Güney Azərbaycana basqılarını artırsın.
Ancaq keçmiş illərin təcrübəsinə baxsaq bu çabalar ancaq Azərbaycan millətinin iradəsinin möhkəmləşməsinə və millətin daha çox ayılmasına səbəb olacaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button