İran

İranın terrorizmi maliyyələşdirmə yolları

İranın “Suri” şirkətlər və xarici pul dəyişmə mərkəzləri bəlli olub

2019-cu ilin mars ayında Amerikanın Mali Vəzirliyi İran hökumətinə bağlı “su:ri” şirkətlərin fərqli yollarla bu ölkənin Müdafiə Vəzirliyi və Sepahın “Qods Qüvvələri”nə milyardlarla dollar və Yoro köçürdüyünü ifşa etdib.

Bukimi şəbəkələr son aylarda da Amerika tərəfindən bir neçə dəfə aşkarlanaraq təhrim yolu ilə onların fəaliyyəti dayandırılıb.
Sepah bu yolda ən “fəal oyunçu”dur. Belə ki, “Sepah” nəzarətində olan banklar üzərindən xarici ölkələrdə çoxşaxəli şirkətlər açır. Bu proses həm Amerika təhrimlərindən yayınmaq, həm də uluslararası mali şəbəkəsinə çıxış əldə etməklə İranın dəyərdən düşmüş milli pulu olan riyalı dollarla dəyişmək üçün icra edilir.

Eyni yöntəmlə sözügedən banklar uluslararası azad ticarət bölgələrində “su:ri” şirkətlər qurur, riyalı dollara çevirmək üçün öz puldəyişmə bölmələrindən istifadə edirlər.
Amerikanın Xarici Xəzanədarlıq vəzirliyi, sözügedən şirkətlərin İmarat, türkiyə və İranda şöbələrinin olduğunu açıqlayıb. Qeyd edilir ki, İranın Sepahına bağlı “Hizbullah”la Həşdüşşəbi kimi terrorçu qrupların maliyələşdirilməsi bu şirkətlərin vasitəsi ilə həyata keçir.

Related Articles

Bir cavab yazın

Back to top button