Azərbaycanİqtisadiyyatİran

İran Güney Azərbaycanın təbii sərvətləri barədə araşdırma aparır

Dəlillər göstərir ki, Ocan və Sarab vilayətlərinin bəzi bölgələrində hidrokarbon ola bilər. Bunu fərvərdin 14-də Səhənd Sənaye Danişqahı Nəft-Qaz Araşdırma Şöbəsinin rəisi bildirib. Əliriza Təbatəbai Nijadın sözlərinə görə, hidrokarbonun bəlli edilməsi üçün hazırlanan tərh Səhənd Sənaye və Təbriz Danişqahı tərəfindən icra olunur. Araşdırmanın nəticələri bu bölgələrdə zəlzələ-ölçməyə ehtiyacın olub-olmadığını göstərəcək. Nəftin varlığı doğrulanarsa, araşdırmalar davam etdiriləcək və qazıntı işləri aparılacaq. Təbatəbai Nijad qeyd edib ki, Muğan çölündə tolid oluna bilən nəftin mövcudluğu təsdiqlənib. Bildirək ki, “Şərqi Azərbaycanda hidrokarbonun olmasını öyrənmək üçün axtarış” və “Muğan çölündə tolid edilə bilən nəftin olması” layihələrinin icrası bölgənin yaşam çevrəsinə ciddi ziyan vurur. Bundan başqa, çıxarılan təbii sərvətlər İranın mərkəzi bölgələrinə daşınır. Bu durumundan hərtərəfli zərər çəkən isə Güney Azərbaycan əhalisidir.

Related Articles

Bir cavab yazın

Back to top button