Azərbaycanİran

İran həbs etdiyi azərbaycanlı qadını geri qaytarır

İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova xəstəxanadan Tehrandakı Evin həbsxanasının qadın şöbəsinə köçürülüb.

 

Yusifovanın fiziki vəziyyəti hazırda yaxşılaşır və ona növbəti həftədə Azərbaycana göndəriləcəyinə söz verilib.

31 yaşlı Yusifova Türkiyədən qayıdarkən həbs edilib. O, əvvəlcə şəxsiyyətini təsdiq edən sənədlərin düzgün olmamasında, daha sonra narkotik saxlamaqda və casusluqda ittiham olunub.

Anası ilə sonuncu telefon danışığı zamanı o, həbsxana nəzarətçiləri və müstəntiqlərin ona zorla psixotrop dərmanlar vurmasından şikayətlənib. Qız anasından məruz qaldığı işgəncə və təhqirləri ictimailəşdirməsini xahiş edib.

Qeyd edək ki, Validə Yusifovadan başqa, İrana səfərdən sonra itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli də Evin həbsxanasında saxlanılır. Eyni müxalif mənbələrin iddiasına görə, o, həbsxanada başqa adla qeydiyyata alınıb. F. Səfərli 209-cu kamerada cəza çəkir.

Related Articles

Bir cavab yazın

Back to top button