İran

İran həbs etdiyi Fransa vətəndaşını “casusluqda” günahlandırıb

İran həbs etdiyi Fransa vətəndaşı Benjamin Berberi “İran rejiminə qarşı casusluq və təbliğat” ittihamı ilə təqsirləndirib. Fransalı məhbusun vəkillərindən olan Səid Dehqan məsələ ilə bağlı tuiter hesabında paylaşım edib. O, fransalı turistin qadağan olunmuş məkanlarda şəkil çəkdiyi üçün “casusluq” ittihamı ilə günahlandırıldığını açıqlayıb. Vəkilin sözlərinə görə, fransalı məhbusa qarşı “İran rejiminə qarşı təbliğat” ittihamının irəli sürülməsinin səbəbi Benjamin Berberin ictimai şəbəkələrdə “hicab niyə İranda icbari, ancaq başqa müsəlman ölkələrində könüllüdür?” yazmasıdır. Səid Dehgan müvəkkilinin təxminən 9 ay öncə tutulduğunu, habelə indiyədək Məşhəd şəhərinin Vəkilabad zindanında saxlanıldığını və vəkili ilə görüşünə icazə verilmədiyini deyib. Benjamin Berberi yaxınlarının “Reuters”ə açıqlamasına görə, Fransa vətəndaşı İran-Türkmənistan mərzi yaxınlığında pəhpad uçurtduqdan sonra tutuqlanıb.

 

 

Related Articles

Bir cavab yazın

Back to top button