Dünyaİran

İsrailin BMT-dəki səfiri: Əli Xaməneyi bütün sosial mediadan qovulsun

İsrailin BMT-dəki səfiri Gilad Erdan Əli Xaməneiynin "X" platforması da daxil olmaqla bütün sosial mediadan çıxarılmasını istəyib.

O, bu barədə özünün “X” media hesabında yazıb.

İlon Maskın İsrailin hərəkətlərini dəstəkləməsinə toxunnan səfir, ona antisemitizmin yayılmasını pislədiyinə görə təşəkkür edib.

“İndi sizin dediyiniz kimi, hərəkətə keçmək vaxtı çatıb. İslam Respublikasının lideri Əli Xaməneyi kimi yəhudilərin soyqırımına və İsrail dövlətinin məhvinə çağırış edənlər “X” və bütün sosial media platformalarından qovulmalıdır,- Gilad Erdan İlon Maska müraciətində qeyd edib.

O, həmçinin “X”də Əli Xaməneiyə aid istifadəçi hesabının İsrailin məhv edilməsinin və bu ölkənin xəritəsindən silinməsinin vurğulandığı yazılarından iki nümunə paylaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button