Araşdırma & Təhlilİran

İran hələ də Ermənistana dəstək verməyə dəvam edir

Ötən günlərdə İranın Xankəndi üzərindən qanunsuz olaraq Ermənistana mal daşıdığı ortaya çıxmışdı. Qarabağ savaşından sonrakı anlaşma əsasında Ermənistan işğalında qalan Azərbaycan torpaqlarına Rusiyənin barışçıl quvvələri nəzarət edəcəkdi. Qərara görə Ermənistan işğal etdiyi torpaqlardan çıxacaqdı. Habelə həmin anlaşmaya görə Xankəndi Ermənistan tərəfindən qalsa da Azərbaycan Laçın koridoruyla Naxçıvanı quzeyə bağlayacaq yol inşa edəcəkdi.

Savaş günlərində İran birinci Qarabağ savaşında olduğu kimi yenə işğalının yanındaydı. Tehran hakimiyyəti 44 günlük savaş sırasında Ermənistana torpaqdan sınırını açan tək ölkəyidi. Norduz Sınır Qapısından Ermənistana gedən onlarla maşın Güney Azərbaycanda da millətin etirazına səbəb oldu. Azərbaycan milləti savaş günlərində iki dəfə xiyabana gəlib Azərbaycana dəstəyini bildirdi və İranı qınadı. O tarixdə Güney Azərbaycanlıların etirazı ilə İranın Ermənistana verdiyi Locistik dəstək ifşa olundu. Bu iş o qədər önəmliydi ki, İran inkar etməkdə belə çətinliyə düşdü. İran ikinci Qarabağ savaşında qəti uduzanın tərəfində durmaqla özü də uduzan ölkə oldu. Bir halda ki Türkiyə aktiv bir şəkildə Güney Qafqazdakı təsirini artırırdı, İran tamamən bölgədən ixrac olmuşdu. Bu durum İrana çox ağır gəlsə də günün gerçəyiydi.

İranın Azərbaycana qarşı təxribatı bu qədərilə də bitmədi. Atəşkəs anlaşmasından sonra İran bir daha Ermənistanın yanında və Azərbaycanın qarşısında oldu. Ötən həftələrdə dəfələrlə İran torpaqlarından qanunsuzca Ermənistana qaçaq tırların getdiyi ortaya çıxdı. Azərbaycan qaynaqlarının açıqlamasına görə İran bu tırlarla Ermənistana çox çeşitli dəstək verir və savaşdan sonra təkrar ayağa qalxmasına yardım edirdi. Azərbaycanın xarici işlər Vəzirliyi İranın Bakı səfirini çağıraraq etirazını rəsmi nota verərək bildirmişdi. Azərbaycan ordusu öz torpaqlarında olan yola nəzarət etdiyi və bağladığı üçün İranda ciddi bir qaralama kampaniyası başlamışdı. Fars mediaları Azərbaycanın öz torpaqlarına olan hakimiyyətini mənfi göstərib, Azərbaycanın İran-Ermənistan sınırını bağladığını iddia etmişdilər. Bu gərginlik həftələrlə sürdü və Azərbaycan öz ciddiyyətini göstərdi. Ancaq Azərbaycan ciddi etirazına rəğmən keçən gün təkrar İran tırlarının qaçaq yollarla Xankəndiyə getdiyi görüntüləri ortaya çıxdı. Azərbaycan ordusu vəziyyət belə olunca sınır bölgələrindəki güvənlik tədbirlərini artırdı. Ötən günlərdə Azərbaycan, Türkiyə və Pakistanın iştirakıyla Xəzər Denizində əsgəri nizami manovr başladılar. Bu durum da İranı rahatsız etdi və Fars mediasında Azərbaycana qarşı təxribat aparıldı. Tehran hakimiyyəti Xəzəryanı ölkələrdən başqa ayrı ölkənin əsgərini savunur və özəlliklə Türkiyənin əsgəri manovra qatılmasından rahatsızlığını bildirir. əslində, İranın dərdi Xəzər Dənizi deyil, bəlkə Qafqazda və özəlliklə Azərbayca-da güc itirməsidir. İran hələ də israrla uduzan tərəf, Ermənistanın yanında yer alır. Hətta iş o yerə gəlib çatıb ki, Ermənistan belə Türkiyə ilə münasibətin normallaşmasını tələbi edib və İran dəstəyinin işə yaramadığını anlayıb. Tehran hakimiyyəti iç siyasətində uğursuz olduğu kimi xarici siyasətində də zəyifdir.

Related Articles

Bir cavab yazın

Back to top button