Azərbaycanİran

İran hökuməti azərbaycanlı zəvvarlar arasında təbliğat aparır

SEPAH-a bağlı “Tasnim News” saytı qərəzli yazı dərc edib: “Azərbaycan şiələri müqəddəs ziyarətgahları ziyarət etmək üçün ölkəmizin hüdudlarından keçməli olurlar.

Bu isə onlara (İranda) təbliğat və mədəni fəaliyyətlər aparılması üçün əlverişli fürsət sayılır. Bəzi ölkələrin zəvvarları, o cümlədən Azərbaycan şiələri Kərbəla ziyarətinə səfər zamanı çoxsaylı çətinliklər və problemlərə üzləşirlər”.

Sayt yazıb ki, İranın Biləsuvar şəhər İslam Təbliğatı Təşkilatının rəhbəri Məhəmmədcavad Qurbaninin sözlərinə görə, təbliğat məqsədilə müxtlif ölkələrdən olan zəvvarlar, xüsusilə də azərbaycanlılar üçün Biləsuvar sərhədində qida və istirahət imkanları yaradılır. Zəvvarlar həmin vaxt orada dincələ bilərlər, eyni zamanda onlara “mədəniyyət paketləri” adlı bağlamalar da verilir.

Qurbani bildirib ki, əzadarlıq mərasimlərində azərbaycanlı zəvvarlar üçün iranlı məddahlar, habelə azərbaycanlı məddahların da çıxışı üçün şərait yaradılır.

Related Articles

Bir cavab yazın

Back to top button