İran

İran hökuməti indi də İnstagramı hədəf alıb

Son günlər İranda internetdə ciddi problem və sürət zəifliyi qeydə alınır.

“Aznews tv” Telegram kanalı xəbər verir ki, bunun İran rejiminin məşhur sosial şəbəkələri, xüsusən də İnstagramın ölkədə fəaliyyətini məhdudlaşdırmaq üçün həyata keçirdiyi ehtimal edilir.

İranın “Etemad” qəzeti də yaydığı məlumatda bu ehtimalı irəli sürüb. Qəzetin məlumatında bildirilir ki, 6 il əvvəl “Viber” sosial şəbəkəsinin başına gətirilənin İnstagrama da tətbiq edildiyi nəzərə çarpır. Belə ki, hökumət buraxılış zolağının enini zəiflətməklə istifadəçilərin İnstagrama girişini məhdudlaşdırmağa və zamanla belə bir sosial şəbəkənin mövcudluğunu unutdurmağa çalışır.

İranın “Cəmaran” kimi bir neçə xəbər saytı da yaydıqları məlumatda hökumətin internetin sürətini bilərəkdən zəiflətdiyini və bu vasitə ilə əhalinin sosial şəbəkələrdən istifadəsində problemlər yaratmağa çalışdığını qeyd ediblər.

Xəbər və təhlillərdə bildirilir ki, son aylar ərzində də ölkədə internetin sürətinin heç bir səbəb olmadan tədricən zəiflədiyi müşahidə olunub. Son günlər isə bu prosesin kəskinləşməsi hökumətin İnstagramı hədəf aldığını nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, İran rejimi ölkədə bir çox sosial şəbəkələri bloklayıb. Bunun əsas səbəblərindən biri xalqı informasiya blokadasında saxlayaraq onların rejimin törətdiyi cinayətlər, eləcə də dünyada gedən inkişaf barədə məlumat əldə etməsinə mane olmaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button