İran

İran hökuməti etirazçılara qarşı silahdan istifadəni qanuniləşdirmək istəyir: Qanun layihəsi parlamentə göndərildi

İbrahim Rəisi hökuməti dinc etirazçılara qarşı odlu silahdan istifadəni qanuniləşdirmək istəyir.

İran hökumətinin təhlükəsizlik məmurları və silahlı qüvvələrin zəruri hallarda silahdan istifadəsinə dair qanuna dəyişiklik etmək üçün göndərdiyi qanun layihəsi İslami Şura Məclisinin gündəmində salındı.

Hazırkı qanunda qeyri-qanuni nümayişlərdə və silahlı iğtişaşlarda təhlükəsizliyi təmin etmək üçün  əməliyyatlar komandirinin əmri ilə yalnız hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahdan istifadə etməyə icazə verilir.

Ancaq təklif olunan dəyişiklikdə “silahlı qüvvələrin məmurları” ifadəsi “silahlı məmurlar” kimi dəyişdirilib.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının İdarə Heyətinin üzvü Ebrahim Əzizi bildirib ki, komissiya qanun layihəsini nəzərdən keçirib və yəqin ki, gələn həftə keçiriləcək açıq iclasın gündəliyinə daxil olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button