İran

İran hökumətinə müxalif din xadiminin ölkədən çıxışına qadağa qoyuldu

Onun pasportu hava limanında müsadirə edilib.

Məşhur müctəhid Ayətullah Sadiq Şirazinin oğlu, İran hökumətinin tənqidçilərindən olan Hüseyn Şirazinin pasportu hava limanında əlindən alınıb və onun ölkədən çıxışına qadağa qoyulub.

Bu günə kimi İran hökumətinin məşhur müctəhidə qarşı davamlı təzyiqlər göstərirdilər və hazırda bunun dahada şiddətləndirildiyi və ailə üzvlərinə qarşı da həyata keçirildiyi görünür.

Hüseyn Şirazi 2017-ci ildə Əli xaməneyini tənqid edərək onu Misir Fironlarına oxşatdıqdan sonra hökumətin hədəfinə çevrilmişdi.

Qeyd edək ki, Ayətullah Sadiq Şirazi şiyələr arasında nüfuzlu din xadimlərindən sayılır. O və oğlu İranda din xadimlərinin hakimiyyətdə olmasına qarşıdırlar.

Related Articles

Bir cavab yazın

Back to top button