İran

İran İnsan Haqları Kampaniyası: İran hökuməti cəmiyyəti cinsi azlıqlara qarşı zorakılığa təşviq edir

İranın İnsan Haqları Kampaniyası ölkədə cinsi və seksual azlıqların cəmiyyətin bütün təbəqələrində "ciddi hüquqi və ictimai ayrı-seçkiliklə" üzləşdiyi barədə xəbərdarlıq edərək bildirib ki, bu arada İslam Cumhuriyyətinin rəsmi əxsləri öz yanaşmaları ilə cəmiyyəti və hakimiyyəti bu insanlara qarşı zorakılığa təşviq edirlər.

İranın İnsan Haqları Kampaniyası ölkədə cinsi və seksual azlıqların cəmiyyətin bütün təbəqələrində “ciddi hüquqi və ictimai ayrı-seçkiliklə” üzləşdiyi barədə xəbərdarlıq edərək bildirib ki, bu arada İslam Cumhuriyyətinin rəsmi əxsləri öz yanaşmaları ilə cəmiyyəti və hakimiyyəti bu insanlara qarşı zorakılığa təşviq edirlər. İran İnsan Haqları Kampaniyasının raporunda deyilir: “İran hökumətinin səlahiyyətliləri cinsi və seksual azlıqlara qarşı nifrət oyatmaqla, cəmiyyəti və hakimiyyəti bu şəxslərə qarşı zorakılığa təhrik edir”. Raporda İranda homoseksual ilişkilərin cəzasının ölüm və şallaq cəzası olduğu qeyd edilib. Bildirilib ki, cinsi fərqlilikləri üzündən cəmiyyətdə zorakılığa məruz qalan və zərər görən insanlar cəzadan qorxaraq polisə və ya məhkəməyə müraciət etmirlər. İranda İnsan Haqları Kampaniyası, İslam Şurası Məclisinin Araşdırma Mərkəzinin 2014 -cü ildə apardığı və 142 min şagirddən 17%-nin özünü cinsi və seksual azlıq kimi tanıdığı araşdırmaya toxunaraq qeyd edib ki, bununla belə, İran cəmiyyətinin bu təbəqəsi şallaqdan və edamdan yaxa qurtarmaq üçün “gizli həyat” yaşamağa məcburdur.

Related Articles

Bir cavab yazın

Back to top button