İran

İran İnsan Haqları Təşkilatı: “Xameneyi Nika Şakərəminin ölümünə görə məsuliyyət daşıyır”

İranın İnsan Haqları Təşkilatı son bəyanatında İranda 17 yaşlı etirazçı Nika Şakərəminin qətlində İran lideri Əli Xameneyini günahlandırıb.

Təşkilat Nikanın bibisi Ataş Şakərəminin məcburi etiraf videosunun yayımlanmasına da toxunaraq yazıb ki, hökumətin rəsmi açıqlaması İran İnsan Haqları Təşkilatının əldə etdiyi sübutlarla, media və təşkilatın verdiyi müsahibələrlə ciddi ziddiyyət təşkil edir.

Qurum həmçinin vurğulayıb ki, insan haqları təşkilatlarının İran İslam Respublikasından beynəlxalq istintaq qruplarının qəbulu ilə bağlı əvvəlki tələblərinin rədd edilməsi səbəbindən belə bir qrup qəbul olunana qədər İran hökuməti rəsmiləri və başçıları, yəni Əli Xameneyi Nika Şakərəminin qətlində birbaşa məsuliyyət daşıyırlar.

Nika Şakərəminin anası Nəsrin Şakərəmi bir neçə gün öncə xarici mediaya verdiyi açıqlamada bacısı və qardaşının həbs edildiyini, onlardan məcburi etiraflar almağa çalışıldığını deyib.

Qeyd edək ki, sentyabrın 20-i gecə saatlarında Tehranın Keşavərz bulvarında yoxa çıxan 17 yaşlı Nika Şakərəminin hökumət məmurları tərəfindən öldürüldüyü bəlli olub.

Gənc qızın ailəsi sentyabrın 30-da Tehranın Kəhrizək zindanında onun meyitini gördüklərini, ancaq hökumətin övladlarının meyitini onlara təhvil verməkdən boyun qaçırdığını, sonradan onun dəfn mərasiminin səssiz keçirilməsi barədə xəbərdarlıq etdikdən sonra cənazəni təhvil verdiklərini deyiblər.

Məsələnin ictimailəşməsindən sonra İran təhlükəsizlik qurumları Nika Şakərəminin xalası və dayısını həbs edib və yeniyetmə qızın ölümü barədə məcburi saxta etiraflar alıb.

Related Articles

Bir cavab yazın

Back to top button