İran

İran internet azadlığı olmayan ölkələr siyahısında ikinci ölkədir

İran 100 baldan 16 balla Çindən sonra 2021-ci ildə İnternet Azadlığı İndeksi üzrə dünyanın ən aşağı göstəricisi olan ikinci ölkədir.

“İran Milli Konqresi”nin rəsmi veb saytının yaydığı məlumata görə, internet azadlığının olmadığı ölkələr arasında Çin 1-ci yerdədir.

Məlumatda bildirilir ki, “virtual məkanda istifadəçilərin hüquqlarının qorunması” qanununun qəbulu ilə isə İranda internet azadlığı tamamilə məhdudlaşdırılacaq.

Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.

İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.

Related Articles

Bir cavab yazın

Back to top button