AzərbaycanBölgəİran

İran İrəvanda ticarət mərkəzi açır: İki ölkə arasında ticarət həcmi 1 milyard dolları ötüb

İran Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak İran və Ermənistan şirkətləri arasında Rusiya bazarında birgə iştiraka və malların paylanmasına dair əməkdaşlıq müqavilələrinin bağlanmasına toxunaraq deyib: “İranın İrəvandakı ticarət mərkəzi fəaliyyətə hazırdır və yaxın 2 həftə ərzində açılacaq”.

“Tasnim News” xəbər verir ki, Ermənistan parlamentinin İran-Ermənistan dostluq qrupunun sədrinin başçılığı ilə 7 nəfərlik nümayəndə heyəti Tehranda İranın sənaye naziri və habelə Ticarətin İnkişafı Təşkilatının rəhbəri ilə görüşərək müzakirələr aparıb.

Görüşdə Ermənistanla ticarətin inkişafını alqışlayan iranlı nazir deyib: “Biz Ermənistanla ticarəti inkişaf etdirməyə, bu ölkədə məişət texnikası istehsalı xətti yaratmağa və birgə avtomobil istehsalına hazırıq”.

Onun sözlərinə görə, Ermənistan 200 ədəd İran avtomobili sifariş edib və həmin avtomobillər tədricən bu ölkəyə göndərilir.

Görüşdə İran və Ermənistan arasında ticarətin həcminin son 8 ayda 2021-ci illə müqayisədə 43% artdığını bildirən Ermənistan parlamentinin İran-Ermənistan dostluq qrupunun sədri Gevorq Papoyan deyib: “Ötən il Ermənistanla İran arasında ticarət əməliyyatlarının həcmi 700 milyon dollar idisə, bu il 43% artım hesabına 1 milyard dolları ötüb”.

Ermənistanın İranla ticarətin inkişafı yolunda hər hansı maneəni aradan qaldırmağa hazır olduğunu açıqlayan Papoyan əlavə edib: “Biz bu marağın İran tərəfdən də olmasından şadıq və ümid edirik ki, malların tranziti üçün yol rüsumlarının azaldılması və təkmilləşdirilməsi sayəsində İran və Ermənistan arasında ticarət mübadiləsi artacaq”./ Azad İran

Related Articles

Bir cavab yazın

Back to top button