Azərbaycanİran

İran İslam Respublikasının Araz çayı boyunca keçirdiyi hərbi təlimlə bağlı Güney Azərbaycanın siyasi təşkilatlarının bəyanatı

Azərbaycan Türk Milləti və İranda məzlum xalqların ictimai rəyinin diqqətinə;

Bir çox şəhərlərin və əksər sosial təbəqələrin İslam Respublikasının zülm, istibdad və irticasına qarşı milli üsyana başladığı, beynəlxalq ictimai rəyin xalqın tələbləri və basdırılmalarını diqqətlə izlədiyi bir şəraitdə İslam Respublikasının diktator və avtokratik rejimi “Hərbi təlim” adı altında “Separatçılıq” qorxusunu yayaraq ictimai rəyi yayındırmaq və təşviş yaratmaq məqsədilə Araz çayı (Aras) sahilinə piyada, zirehli, artilleriya, raket və pilotsuz təyyarələr göndərib.

Biz hamımız yaxşı bilirik ki, İslam Respublikasının diktator rejimi xalq etirazlarını yatırmaq, ört-basdır etmək və boğmaq məqsədilə həmişə daxili və xarici gərginliklər və böhranlar yaradıb. İraqla müharibənin əsassız olaraq uzatmaq də onlardan ən aşkar olanı idi. Bu yozlaşmış və anti-insani sistemin banisi hesab edirdi ki, “müharibə nemətdir” və onun rəhbəri müxtəlif ölkələrdə terror aktları təşkil etməklə, bölgə və ölkədə müharibə qızışdırmaqla müxalifəti öldürüb yatırmaq alətlərindən biri kimi istifadə etmişdir.

İndi Azərbaycan və Ermənistan dövlətlərinin regionda sülhə doğru addım-addım irəlilədiyi bir vaxtda İslam Respublikasının uşaq öldürən rejimi açıq şəkildə Müstəqil Azərbaycan Respublikasını hərbi təcavüz ilə hədələyir. O, Araz çayını keçməklə, Şimali Azərbaycanı işğalla təhdid edir və Azərbaycana qarşı “Hüseyniyyun” adlı terrorçu və muzdlu dəstələri təchiz edib silahlandırır.

Hamı çox yaxşı bilir ki, Güney Azərbaycan İranda istənilən siyasi və ictimai inkişafın Axilles (aşil) dabanıdır. Ona görə də İslam Respublikası hakimiyyəti və bəzi qeyri-demokratik müxalifət qüvvələri Azərbaycanı basdırmaq üçün hər cür yolla separatizm qorxusunu ölkədə yaymağa çalışır. Onların amacı İranın millətləri arasında gərginlik yaratmaqdır ki, davam edən azadlıq inqilabına kölgə salıb ona təsir etsinlər. Sözsüz ki, bu həm də Azərbaycanda etirazçıların qanla yatırılması üçün onlara bəhanə olacaq.

Təbii ki, Kürdüstanda, Bəlucistanda və Əhvazda etiraz edən insanların hərbi yolla basdırılmasına hazırlaşan rejim separatçılıq qorxusu yaratmaq və oxşar üsullarla həyata keçirildiyini söyləməyə ehtiyac yoxdur.

Biz Azərbaycan Milli Hərəkatının siyasi təşkilatları olaraq bütün şüurlu vicdanları ayıq olmağa, separatizm layihəsinin və İslam Respublikasının mürtəce və faşist rejiminin Araz sahillərinə yönəlmiş məqsədli kampaniyasının tələsinə düşməməyə çağırırıq. İslam Respublikasının rəhbərlərinə və rəsmilərinə elan edirik ki, İkinci Qarabağ müharibəsində olduğu kimi, Güney Azərbaycan xalqı İran rejiminin Quzey Azərbaycana qarşı müharibə qızışdırmasına heç bir şəkildə dözməyəcək və etirazını lazım olan hər yolla bildirəcəkdir.

Həmçinin, hər millətdən, dildən və inancdan olan bütün İran vətəndaşlarından İslam Respublikası rejiminin pis niyyətli planlarına aldanmalalarını  və bütün diqqət və çabalarını bu anti-bəşəri rejimin devrilməsinə yönəltməyə davam etmələrini xahiş edirik.

Cahillik, istibdad, irtica və faşizmlə mübarizənin qələbəsi ümidiylə

Azərbaycan Mərkəz Partiyası
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkəti (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)

Related Articles

Bir cavab yazın

Back to top button