İran

İran-İsveç gərginliyi- Səfir XİN-ə çağırıldı

İsveçdə mühakimə olunan və barəsində ömürlük həbs cəzası istənilən keçmiş iranlı prokuror köməkçisi Həmid Nurinin işi İsveı-İran münasibətlərinin gərginləşməsinə səbəb olub.

İran mediasının verdiyi məlumata görə, İsveçin Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona bu barədə irad bildirilib.

İran XİN-nin nümayəndəsi İsveç səfiri Matiyas Lentzə Həmid Nuri barədə irəli sürülən ittihamların əsassız olduğunu bildirib və bunu İrana müxalif təşkilatların təbliğatı adlandırıb.

Həmid Nuri adlı 60 yaşlı keçmiş prokuror köməkçisi 2019-cu ilin noyabrında İsveç polisi tərəfindən Arland aeroportunda həbs olunub.  Xaricdə yaşayan iranlı müxaliflər onu tələyə salmaq üçün İsveçdə qızlarla əyləncə və alkaqol vəd ediblər.

1988-ci ilin iyul ayından sentyabr ayına qədər İran həbsxanalarında minlərlə siyasi məhbus edam olunub.

Ruhullah Xomeyninin bir başa göstərişi ilə bir neçə dəqiqəlik mühakimədən sonra icra olunan edam hökmləri barədə rəy verən və “ölüm heyəti” kimi tanınan 7 nəfərdən biri İranın hazırkı prezidenti İbrahim Rəisi olub.

Related Articles

Bir cavab yazın

Back to top button