Dünyaİran

İran İsveç vətəndaşını edama məhkum etdi

İran Ali Məhkəməsi “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Əsyudun (Fərəcullah Çəəb) edam hökmünü qüvvədə saxlayıb.

Bu barədə martın 12-də İranın rəsmi dövlət mediası məlumat yayıb.

Məlumata görə, son proses təqsirləndirilən şəxslərin apelyasiya şikayəti əsasında başlanıb.

Məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticəsində Çaabın edam hökmünün qüvvədə qalması və yekun elan edilməsi barədə qərar çıxarıb.

Məhkum separatçı qruplaşmaya rəhbərlik etməkdə, həmçinin Xuzistan əyalətində “çoxsaylı terror əməliyyatları” təşkil etməkdə ittiham olunur.

Qeyd edək ki, Həbib Əsyud 2020-ci ilin noyabr ayında Türkiyəyə səfəri zamanı İran təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq İrana aparılıb.

Related Articles

Bir cavab yazın

Back to top button