İran

İran Kaşanda yaraqlılara insansız uçaqdan istifadə yollarını öyrədir

"İran Kaşan hava payqahında niyabəti qruplarına insansız uçaqlardan istifadə ilə bağlı təlimlər verir". Bu sözləri İsrailin Müdafiə naziri Benni Qantz deyib.

“İran Kaşan hava payqahında niyabəti qruplarına insansız uçaqlardan istifadə ilə bağlı təlimlər verir”. Bu sözləri İsrailin Müdafiə naziri Benni Qantz deyib.

Onun sözlərinə görə, artıq Kaşan hava payqahı İrandan bölgəyə hava alanında terrorizmin yaranması yönündə əsas məkana çevrilib.

O bildirib ki, İran indi “Sepah”ın Qüds Qüvvələri vasitəsilə bölgədə özünə bağlı terroristərin bir çoxuna müasir dronlardan verib.

Beni Qantz artırıb ki, Yəməndə husilər və Əraqda şiəlik pərdəsi altında gizlənmiş terrorçu qrupların əlində İran ürətimi olan çoxlu sayda insansız uçaqlar var. Terrorçular bu uçaqlardan Ərəbistanı və Əraqda Amerika nizamilərinə qarşı hücumlarda istifadə ediblər. İndi isə İran Lubnanın Hizbullah qrupuna da bu insansız uçaqlardan verməyin yollarını axtarır.

İsrailin Müdafiə baxanı habelə qeyd edib ki, İran Qəzzədə fəaliyyət göstərən “Həmas” və “İslami Cihad Təşkilatı” kimi terror qruplalarına da insansız uçaq ürətmək üçün lazımi biliklərin ötürülməsi üçün çabalar göstərir.

Benni Qantzın söylədiklərindən sonra İsrailin Baş Baxanlığı Kaşan hava limanı ətrafında olan İran insansız uçaqlarının mahvarə görüntülərini yayıb.

Related Articles

Bir cavab yazın

Back to top button