Dünyaİran

Taliban yenidən keyfiyyətsiz neft tankerlərini İrana qaytarıb

“Ufuq News” xəbər verir ki, Taliban hökumətinin nəzarətində olan Əfqanıstanın Milli Standartlar İdarəsi 20 keyfiyyətsiz neft tankerinin Əbu Nəsr Fərahi limanından İrana qaytarıb.

Məlumata görə, Taliban hökuməti həmin neft tankerlərinin keyfiyyətinin standartlara cavab vermədiyini bildirib.

Sözügedən idarə iş adamlarını Əfqanıstana keyfiyyətsiz neft məhsullarının idxalından çəkinməyə çağırıb.

Qeyd olunub ki, neft tankerlərinin geri qaytarılması İran rəsmiləri tərəfindən tənqid edilib və onlar Talibanın qiymətləndirmələrini beynəlxalq standartlara uyğun olmadığını bildiriblər.

#Taliban #İran #neft

Related Articles

Bir cavab yazın

Back to top button