İran

İran Küveytlə münasibətləri yaxşılaşdırmağa çalışır

Küveyt 6 il sonra İrana yeni səfir təyin edib.

İran mediasının verdiyi məlumata görə, Küveyt hökumətinin yeni səfiri Bədr Abdulla əl-Manix avqustun 13-də etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiana təqdim edib.

Küveytin Xarici İşlər Nazirliyi də əl-Manixin ölkənin Tehrandakı səfirliyinə təyin olunduğunu təsdiqləyib.

Qeyd edək ki, 2015-ci ildə İranın rəhbəri Seyid Əli Xaməneyinin  tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsdi.

Bir il sonra Küveyt körfəzinin digər ərəb ölkələri ilə birlikdə Səudiyyə Ərəbistanına həmrəylik əlaməti olaraq Tehrandakl səfirliklərini geri çağırdı.

Related Articles

Bir cavab yazın

Back to top button