İran

İran Məclisi mədənlər haqda qanuna dəyişiklik edib

İran Məclisinin nümayəndələri iştiğalın artırılması adı ilə Mədənlər Haqqında Qanununa dəyişiklik edib. Bununla da bir qrup şəxs tərəfindən təbii sərvətlərin mənimsənilməsinə şərait yaranıb. Belə ki, Mədən Qanunun 24-ü maddəsində iki aylıq sorğunun müddəti iki həftəyə endiriblər. Beləliklə, mədən sahiblərinin sərvətləri talamaq imkanları daha da genişləndirilib.
Yaşam çevrəsi fəalları isə bu qanuna etirazlarını bildiriblər. Mədən qaçaqmalçılığının artması ekoloji çirklənməyə səbəb olduğundan Meşələr Sazimanı da yeni qanun dəyişikliyini pisləyib.
Qeyd edək ki, İranda 135 milyon hektar təbiət sahəsi var. İndiyədək 80 milyon hektar ərazidə mədən axtarışlarının keçirilməsi üçün müraciətlər edilib.

Related Articles

Bir cavab yazın

Back to top button