İran

İran Mədəniyyət Nazirliyinin saytında “Xamneyiyə ölüm” şüarı yazılıb

İranın Mədəniyyət Nazirliyinin sistemləri hakerlər tərəfindən ələ keçirilib. Bu barədə “Radio Fərda” məlumat yayıb.

Məlumata görə, martın 14-də İranın Mədəniyyət Nazirliyinin rəsmi saytı hakerlər tərəfindən ələ keçirilib.

Bildirilir ki, nazirliyin veb-saytının və onun xidmət sistemlərinin ana səhifəsində İran hökumətinin müxalif təşkilatı olan Xalq Mücahidləri Təşkilatının başçıları Məsud və Məryəm Rəcəvinin şəkilləri yayılıb.

Onun şəklilləri “Rəcəviyə salam olsun!” şüarı ilə, İranın ali lideri Əli Xamneyinin üstündən xətt çəkilmiş şəkli isə “Xamneyiyə ölüm!” şüarı ilə əks olunub.

Haker hücumunun məsuliyyətini üzərinə götürən təşkilat özünün rəsmi veb-saytında hücumla bağlı yaydığı məlumatda Mədəniyyət və Rəhbər Nazirliyinin 62 sistemi, 77 serveri və 280 kompüteri məhv edildiyini yazıb.

İranın “İSNA” xəbər agentliyi yazıb ki, bununla bağlı açıqlama almaq üçün Mədəniyyət və İslami İrşad Nazirliyinin bəzi rəsmiləri ilə əlaqə saxlamaq cəhdlərinin nəticəsiz qaldığını, İran rəsmilərinin hələlik rəsmi açıqlama vermədiklərini bildirib.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli starateji-iqtisadi mərkəzlərinin saytlarına oxşar hücumlar edilib.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.

Related Articles

Bir cavab yazın

Back to top button