Azərbaycan

İran məhkəməsi azərbaycanlı fəal barəsində həbs qərarını qüvvədə saxladı

İran rejiminin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 2 saylı şöbəsi azərbaycanlı milli-mədəni fəal Əmir Səttariyə qarşı ilkin məhkəmənin çıxardığı həbs qərarını olduğu kimi qüvvədə saxlayıb

İran rejiminin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 2 saylı şöbəsi azərbaycanlı milli-mədəni fəal Əmir Səttariyə qarşı ilkin məhkəmənin çıxardığı həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

“Aznews tv”  xəbər verir ki, Apellyasiya Məhkəməsinin sədri azərbaycanlı fəalı çağırmadan özü qiyabi şəkildə apellyasiya şikayətini rədd edərək məhkəmənin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Əmir Səttari rejim tərəfindən şərlənərək, Təbriz Cinayət Məhkəməsinin 111 saylı şöbəsi tərəfindən “kiberməkanda və kommunikasiya vasitələrindən istifadə etməklə əhalini zorakı hərəkətlərə sövq etmək”də ittiham edilmişdi. Həmin saxta ittihama görə, azərbaycanlı fəal 4 milyon tümən cərimə və 91 gün həbs cəzasına məhkum edilib. Fəala qarşı həbs cəzasının 50 günü iki il müddətinə təxirə salınıb.

Əmir Səttari iyulun 21-də hökumət qüvvələri tərəfindən tutularaq ETTELAAT-ın təcridxanasına koçülürmüşdü.

Azərbaycan fəal avqustun 11-də Təbrizin mərkəzi zindanına köçürülüb və avqustun 15-də girov qarşılığında zaminə buraxılıb.

Əmir Səttari bundan öncəl də milli-mədəni fəaliyyətlərinə görə tutularaq basqılara məruz qalıb. O, hazırda üç illik şərti həbs cəzasını çəkir.

Related Articles

Bir cavab yazın

Back to top button