İran

İran məhkəməsinin məmurları güneyli fəalı həbs etmək üçün evinə hücum ediblər

Ötən gün Təbrizin Ümumi və İnqilab Məhkəməsinin İcra Şöbəsinin məmurları azərbaycanlı milli-mədəni fəal Əkbər Mühacirinin evinə basqın ediblər.

Bu barədə fəalın yaxınları bilgi yayıb.

Bildirilir ki, məmurlar Əkbər Mühacirini həbs etmək üçün onun evinə yollanıblar. Ancaq fəal xaricdə olduğundan bu istəkləri baş tutmayıb.

Məmurlar deyiblər ki, Əkbər Mühaciri qayıtdıqdan sonra haqqında olan həbs qərarının icrası üçün məhkəməyə gəlməlidir.

Bildirək ki, Əkbər Mühaciri bir müddət öncə saxta ittihamlarla 3 il həbs cəzasına məhkum edilmişdi. Təcdidenəzər Məhkəməsi hökmü 6 aya endirsə də, sonradan yenidən barəsində çıxarılmış 3 il həbs cəzası qanunsuz olaraq qüvvədə saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button