İran

İran mətbuatının Ukrayna müharibəsində Rusiyanı dəstəkləməyə söykənən mövqeyi

Rusiya ilə Ukrayna arasında müharibə başlayandan İran mətbuatı məsələyə fərqli münasibət bildirməklə yadda qalıb.

Rusiya ilə Ukrayna arasında müharibə başlayandan İran mətbuatı məsələyə fərqli münasibət bildirməklə yadda qalıb.

“Aznews tv”ı “BBC Persian”a istinadən xəbər verir ki, mövzuya dair xəbərlər dərc edən İran qəzetlərini üç qrupa bölmək olar.

Əsasən İran hökumətinə bağlı olan birinci qrup Rusiyanı müdafiə edir və onun bu müharibəyə başlamasına bəraət qazandırır.

İkinci qrup Rusiya prezidenti Vladimir Putini tənqid edir, müharibəyə qarşı mövqe sərgiləyir, amma Ukrayna rəhbərliyinə qarşı da tənqidi mövqe tutur.

Sayları sadalanan iki qrup qəzetlərdən kifayət qədər az olan üçüncü qrup isə neytral və bitərəf mövqe sərgiləyir. Onlar nə Rusiyanı tənqid etmirlər, nə də Ukraynanın cəzalandırılmağa layiq olduğunu bildirmirlər.

Məsələn, İran hökumətinə yaxın “Tehran”, “Keyhan”, “Came-Cəm” və “Fərhixteqan” qəzetləri Rusiyanın Ukraynaya hücumuna haqq verən və Ukraynanı “cəzalandırılmağa” layiq olduğunu yazan qəzetlərdir. “Tehran” qəzeti, habelə bu müharibənin enerji mənbələri və filiz qiymətlərinin bahalaşması səbəbindən İrana iqtisadi mənfəətinin olduğunu, bunun isə sanksiyalara məruz qalan İran və Rusiya arasında ticarət münasibətlərinin artmasına xidmət etdiyini qeyd edib.

“Tehran” qəzetində məqalə ilə çıxış edən İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi isə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda baş verən proseslərlə bağlı ölkəsinin narahatlığına diqqət çəkib. O, həmin dövrdə gərginliklərin İranın və digər ölkələrin fəal iştirakı ilə həll olunduğunu yazsa da, bu baxımdan Rusiyanın Ukraynaya hücumunun “başa düşülən” olduğunu bildirib. Cəmşidi, sonda qeyd edib ki, lakin İran anlaşılmazlıqların danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

Related Articles

Bir cavab yazın

Back to top button